AZ

AzTU ilə İstanbul Aydın Universiteti arasında əməkdaşlıq olacaq

Türkiyənin İstanbul Aydın Universitetinin təsisçisi Mustafa Aydının başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.

 

AzEdu.az xəbər verir ki, qonaqlar AzTU-nun rektoru Viliayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Rektor Vilayət Vəliyev AzTU-da görülən işlər və həyata keçirilən yeniliklər haqqında qonaqlara ətraflı məlumat verib.

 

Mustafa Aydın qurucusu olduğu İstanbul Aydın Universiteti ilə bağlı geniş təqdimatla çıxış edib.

 

Görüşdə müvafiq istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

 

Daha sonra hər iki universitet arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Seçilən
49
1
azedu.az

2Mənbələr