AZ

"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"

 
"2023-cü ildə Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsi 6, 8 milyard dollar təşkil edib, onun 76 faizini Türkiyənin ixracı təşkil edib..."
 
Türkiyə İsraillə ticarət münasibətlərini dayandırıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə türkiyəli məmurla istinadən "Bloomberg" agentliyi yazıb. 
 
Ankaradan rəsmi bəyanatlar daxil olmasa da, Türkiyə limanlarında İsrail üçün nəzərdə tutulan mallar yüklənmir, İsraildən gələn yüklər isə qəbul edilmir.
 
Ticarətin hansı şərtlərlə bərpa edilə biləcəyi barədə məlumat verilmir. Güman edilir ki, belə qərar İsrailə onun Rafahda əməliyyatından çəkindirmək üçün təzyiq vasitəsi ola bilər.
 
Ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, onun ölkəsi İsrail ilə ticarət əlaqələrini daha inkişaf etdirmir.
 
O, İsrail hakimiyyətini Qəzza bölgəsində 45 mindən çox fələstinlinin qətlində ittiham edib və İsrail baş naziri Binyamin Netanyahunu "zəmanəmizin Hitleri" adlandırıb.
 
Türkiyənin İsraillə ticarət münasibətlərinin dayandırması barədə məlumatı İsrail XİN rəhbəri İsrael Kats şərh edib.
 
"Türkiyə limanlarını İsrailin idxalı və ixracı üçün əngəlləməklə Ərdoğan müqavilələri pozur. O, bununla Türkiyə xalqının və biznesin maraqlarını və beynəlxalq ticarət sazişlərini görməzdən gəlir", - o, bəyan edib.
 
Kats həmçinin qeyd edib ki, artıq Türkiyə ilə ticarətə alternativlər üzərində işləməyi, bu zaman yerli istehsala və başqa ölkələrdən idxala xüsusi diqqət yetirməyi tapşırıb".
 
Türkiyə Statistika İnstitutunun məlumatına görə, 2023-cü lldə Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsi 6, 8 milyard dollar təşkil edib. Bu məbləğin 76 faizini Türkiyə ixracı təşkil edib.
 
"Reuters" agentliyi qeyd edir ki, Ankaranın qərarı əvvəllər İsrailə qarşı tətbiq edilən ixrac məhdudiyyətlərini genişləndirir.
 
Aprelin əvvəlində Türkiyə Ticarət Nazirliyi Qəzzada tam atəşkəsə və fələstinlilərə fasiləsiz humanitar yardımın tədarüküdək İsrailə 54 növ sənaye mallarının ixracına məhdudiyyətlər tətbiq edib.
 
Bu mallar arasında polad və plastik borular, alüminium naqillər, motor yağları, sement, mineral gübrələr daxildir. İsrail tərəfindən cavab tədbirləri barədə o zaman məlumat verilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
37
Mənbələr
Şərh ()
Bağla