AZ

Tayland üç yeni viza növü tətbiq edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Tayland hökuməti 2024-cü ildə yeni viza növlərini tətbiq etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, vizalar rəqəmsal köçərilər, astro və ekoturistlər üçün nəzərdə tutulub.

Hakimiyyət hesab edir ki, ekoturist vizaları ölkəyə davamlı turizm və təbiəti qoruma yönümlü səyahətçiləri cəlb etməyə kömək edəcək. 

"Bu növ vizaları seçərək turistlər Taylandın yaşıl təşəbbüslərinə töhfə verə biləcəklər", — deyə qeyd edilib.

Astroturist vizası ilə səyahətçilər Krallığın ən uyğun yerlərində ulduzları seyr edə biləcəklər.

Rəqəmsal köçərilər üçün viza məsafədən işləyən xarici şirkətlərin işçilərinə ölkədə uzun müddət yaşamaq hüququ verəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla