AZ

Parlament plyonka məsələsini 1 ayda ikinci dəfə RƏDD ETDİ

Rusiyanın Dövlət Duması avtomobillərin alın və qabaq yan  şüşələrinin tündləşdirilməsi məsələsini 1 ayda ikinci dəfə rədd edib. 


Avtosfer.az xəbər verir ki, layihədə avtomobillərin qabaq şüşələrinin işıqburaxma qabiliyyətinin 50%-ə endirilməsi təklif edilir. Qüvvədə olan qanuna görə, bu norma 70%-dir.


Qeyd edək ki, qanunverici orqan təklifi ötən mart və aprel aylarında da rədd edib. Rusiya parlamenti oxşar qanunu son 10 ildə dəfələrlə müzakirəyə çıxarıb. Əhali obrazlı desək, “kruq plyonka” ilə sürmək istəsə də qanunverici orqan bununla razılaşmır. Maraqlıdır ki, Rusiyada bir çox sürücü, xüsusən də Dağıstan və Çeçenistanda cərimə bahasına olsa da, tündləşdirilmiş şüşəli maşın sürməyə maraqlıdır.

Vüqar Yaşaroğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla