AZ

Bakıda oğurluqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxundu

Bakıda oğurluqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Samir Xəlilova hökm oxunub.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Samir Xəlilov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror Tural Yaqubov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, təqsirləndirilən şəxs ötən ilin noyabrında Sabunçu rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun üzərinə baxış zamanı bir bükümdə 2,245 qram metamfetamin aşkar edilərək götürülüb. İstintaqla müəyyən edilib ki, Samir Xəlilov Sabunçu rayon icra hakimiyyətində notbukları, kombi və texniki qurğularını, eyni zamanda Nizami rayonunda yerləşən təmir tikinti sahəsindən avadanlıq oğurlayıb.

Ona qarşı 177.2.2-ci (təkrar oğurluq etmə), 177.2.3-cü (oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
4
Mənbələr
Şərh ()
Bağla