AZ

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

Bakı. Trend:

Analarla bərabər ataların da uşaqlara görə güzəştli şərtlərləyaşa görə əmək pensiyası almaq hüququ olacaq, güzəştə yol verənşərtlər sırasına valideynlərini itirmiş və ya valideyn himayəsindənməhrum olmuş uşaqlarla bağı hal da şamil ediləcək.

Trend-in xəbərinə görə, bu,Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında”qanuna dəyişiklikdə əksini tapıb.

Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsindəqeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimumməbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığortastajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdəisə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşagörə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşagörə əmək pensiyası hüququ vardır. Kişilərin yaş həddi 2017-ci iliyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaşhəddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dəkhər il 6 ay artırılır.

İndiyə qədər qüvvədə olan qanuna görə, beş və daha çox uşaqdoğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkizyaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-cimaddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşagörə əmək pensiyası hüququ vardır. Əlilliyi müəyyən edilmiş uşağınısəkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinəuyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əməkpensiyası hüququ var. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitamverildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinəgörə 5 və daha çox uşağı və ya əlilliyi müəyyən edilmiş uşağınınövbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdənataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşınasəkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağısəkkiz yaşınadək böyüdən qəyyum kişilərin bu Qanunun 7-ci maddəsinəuyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əməkpensiyası hüququ var.

Dəyişikliyə əsasən, valideynlərini itirmiş və ya valideynhimayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və yaqəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çoxuşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların vəkişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, buQanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaşhəddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olacaq.
Həmin kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuniqüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elanedildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasənvalideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyiüçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallardatətbiq ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
43
Mənbələr
Şərh ()
Bağla