AZ

"Azərbaycan vətəndaşları Şengen vizasının alınmasında maneələrlə üzləşirlər" - Turizm eksperti

"Şengen vizasının alınmasında ciddi qaydalar tələb olunur və Azərbaycan vətəndaşları həmin ölkələrə gedərkən maneələrlə üzləşirlər. Azərbaycan vətəndaşı Almaniya və ya Polşaya gedərkən saatlarla səfirliyin qarşısında dayanır,bəzi hallarda tamamilə imtina alır".

Bu sözləri turizm eksperti Samir Dübəndi BiG.AZ-a bildirib.

O qeyd edib ki, bizim vətəndaşa belə münasibət varsa, viza həmin ölkənin vətəndaşı üçün eyni qaydada olmalıdır:

"Azərbaycandan Avropa şəhərlərinin bir neçəsinə birbaşa uçuş var. Düşünürəm ki, əsas məsələ birbaşa uçuşlar deyil. Burada kompleks işlər tələb olunur. Onların içində ən mühimi vizadır. Şengen zonasına daxil olan ölkələrin əksəriyyəti Avropa ölkələridir. Şengen vizasının alınmasında ciddi qaydalar tələb olunur və Azərbaycan vətəndaşları həmin ölkələrə gedərkən maneələrlə üzləşirlər. Azərbaycan vətəndaşı Almaniya və ya Polşaya gedərkən saatlarla səfirliyin qarşısında dayanır,bəzi hallarda tamamilə imtina alır. İkinci dəfə vizaya müraciət edə bilmir. Bizim vətəndaşa belə münasibət varsa, viza həmin ölkənin vətəndaşı üçün eyni qaydada olmalıdır. İkincisi, hədəf seçdiyimiz ölkələrdə güclü təşviqat aparmalıyıq. Bizim partnyorlarımız yaranmalıdır. Bu mexanizmlər vahid şəkildə həyata keçirilməlidir".


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla