AZ

“Miqrantları sevmirlər” - Bayden iki ölkəni ksenofobiya ittiham etdi

Prezident Co Bayden ABŞ-ın iki mühüm müttəfiqi olan Yaponiya və Hindistanı "ksenofob ölkələr" adlandırıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu ölkələrin Çin və Rusiyadan gələn miqrantları sevmədiyini bildirib.

"İqtisadiyyatımızın böyüməsinin səbəblərindən biri sizin kimi insanların sayəsindədir. Çünki biz miqrantları qəbul edirik. Fikir verin, Çin niyə iqtisadi cəhətdən bu qədər dayanıb? Yaponiya niyə problem yaşayır? Niyə Rusiya? Niyə? Hindistanda ksenofobiya var, çünki miqrant istəmirlər ",- deyə Bayden bildirib.

Baydenin Yaponiya və Hindistanla bağlı açıqlaması ABŞ mətbuatında dərc edildikdən sonra müzakirələrə səbəb olub.

Vasif Əlihüseyn
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla