AZ

İngilis Politoloq: Azərbaycandakı mina probleminə Qarabağda şəxsən şahid olmuşam - VIDEO

"Mən özüm Ağdamda, Şuşada olmuşam və mina məsələsinin miqyasına şəxsən şahid olmuşam".

Bu sözləri ingilis politoloq və jurnalist Neil Uotson Ednews - a özəl video - müsahibəsində söyləyib. O, müsahibə əsanasında Azərbaycanı işğaldan azad edilmiş ərazilərini bərpa etməkdən çəkindirən əsas problemin mina olduğunu bildirib:

"Aydındır ki, əvvəlkilər indi tənəzzülə uğrayırlar, çünki onlar belə bir müddət ərzində elementlərə məruz qalırlar. Onlar hazırda çox, çox dəyişkəndirlər. Amma bir də var ki, Ağdamdakı kimi yerləşdirilmiş minalar.
30 illik işğal zamanı əkilmiş minalardan bufer zona kimi istifadə olunub. Və sonra da ermənilər faktiki olaraq, 2020-ci il dekabrın 10-dan sonra üçtərəfli atəşkəs imzalananda, ərazinin boşalacaqlarını biləndə ərazilərə faktiki olaraq daha çox mina qoyuldu".

O, mina probleminin işıqlandırılmasına əngəlinə də toxunaraq, burada erməni diasporunun önəmini vurğulayıb:

"Beynəlxalq erməni diasporunun, xüsusən də Fransa, həm Aİ, həm də ABŞ daxilində siyasət baxımından, əslində çox zəngin və nüfuzlu olmasının bu məsələnin işıqlandırılmasında mühüm təsiri var. Həmin ermənilər rəhbər vəzifələrdədirlər. Məsələ burasındadır ki, ermənilər 1915-ci ildə deyilən hadisələrdən sonra, hətta ondan əvvəl də bir əsrdən artıqdır ki, Qərbə köçüblər. Ona görə də hesab edirəm ki, onların perspektivi Azərbaycan perspektivindən daha çox başa düşülür".

Əkbər Novruz


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla