AZ

“Digər ölkələrdəki beynəlxalq yarışlarda da bayrağımızı qaldıracağıq” - Azərbaycan avarçəkəni

“Digər ölkələrdəki beynəlxalq yarışlarda da bayrağımızı qaldıracağıq”.

Rekord.az xəbər verir ki, bunu “Prezident Kuboku 2024” beynəlxalq reqatasında bürünc medal qazanan Azərbaycan təmsilçisi İbrahim Məmmədzadə deyib.

2010-2011-ci il təvəllüdlü idmançılar arasında Sərhad Fərhadlı ilə iki nəfərlik kayak yarışında üçüncü olan atlet ağır məşqlər etdiklərini bildirib: "Məhz bunun nəticəsində bürünc medal əldə etdik. Azərbaycanlı olduğumuz üçün fəxr edirik". (Report)

21 ölkə təmsilçilərinin qatıldığı turnir bu gün başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
rekord.az

1Mənbələr