AZ

İki ölkə Fələstini müstəqil dövlət kimi TANIDI

Trinidad və Tobaqo Fələstini müstəqil dövlət kimi tanımaq qərarına gəlib.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Karib hövzəsi ölkələrinin Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatda deyilir.

“Trinidad və Tobaqo Respublikasının hökuməti Nazirlər Kabinetinin bugünkü iclasında Fələstin Dövlətini rəsmən tanımaq qərarına gəlib. Xarici İşlər Naziri və CARICOM İşləri Nazirinin məsləhəti ilə Trinidad və Tobaqo Respublikası tərəfindən Fələstinin rəsmi tanınmasının Fələstin dövlətçiliyi ilə bağlı artan beynəlxalq konsensusun gücləndirilməsi ilə davamlı sülhün əldə edilməsinə töhfə verəcəyini müəyyən edib”, - bəyanatda qeyd edilib.

Hazırda Fələstin BMT-yə üzv olan 193 ölkədən 141-i, o cümlədən Rusiya tərəfindən müstəqil dövlət kimi tanınıb və dünyanın 95 ölkəsində Fələstinin səfirlikləri və daimi nümayəndəlikləri fəaliyyət göstərir.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
qaziler.az

1Mənbələr