AZ

BAŞ PROKURORLUQ PAŞİNYANLA “MƏŞĞUL OLACAQ” - Sənədlər MTX-ya göndərilib

Ermənistan Baş Prokurorluğu Nikol Paşinyanın məsuliyyətə cəlb edilməsilə bağlı tələb məktubunu respublikanın Milli Təhlükəsizlik Xidmətinə göndərib. 

“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın Baş prokuroru Anna Vardapetyan parlamentin mayın 3-də keçirilən iclasında deyib.

Söhbət iki nəfərin Paşinyanı cinayət məsuliyyətinə cəlb edilməsi tələbilə prokurorluğa müraciətindən gedir. Belə ki, bir müddət əvvəl vəkil Ara Zöhrabyan və ehtiyatda olan polkovnik Hayk Nahapetyan Ermənistanın Baş Prokurorluğuna ərizə təqdim edərək Nikol Paşinyanın “Ermənistanın suveren ərazilərinin və yaşayış məntəqələrinin Azərbaycana təhvil verilməsi prosesinin başlanması” ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər.

Prokuror ərizənin MTX-ya göndərildiyini qeyd edib: “Müraciətdə müəyyən sənədlər, o cümlədən həqiqiliyi yoxlanılmalı olan əmlak haqqında arayışların surətləri olub. Biz hər şeyi Milli Təhlükəsizlik Xidmətinə göndərmişik ki, işin başlanıb- başlanmaması məsələsinin müzakirə olunması üçün lazımi əməliyyat yoxlamasının nəticələrini bizə təqdim etsinlər”.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
Mənbələr
Şərh ()
Bağla