AZ

Mərdəkanda evlərdən oğurluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Bakıda oğurluq etməkdə təqsirləndirilən Mehnur Nuriyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

Hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı həlöəlik məlum deyil.

Qeyd edək ki, Bakı şəhər sakini Mehnur Nuriyev rayonun Mərdəkan qəsəbəsi ərazisində 4740 AZN dəyərində alüminium olan bəzək əşyaları, eləcə də 2 evdə məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla