AZ

Azərbaycanın ilk “qızıl”ının müəllifi qızı ilə bağlı arzusunu dilə gətirdi

Ötənlərin məşhur azərbaycanlı stend atıcısı Zemfira Meftahətdinovanın qızı da atıcılıqla məşğul olur.

34 yaşlı Regina Meftahətdinova yeniyetmə yaşlarından idmanın bu növünə könül versə də, indiyə qədər mötəbər yarışlarda medal qazana bilməyib.

Halbuki, Qətərdə keçirilən turnirdə Paris-2024 Olimpiadasına vəsiqə əldə etməyə yaxın idi. Finalda 1 xalı əldən verməsi Fransada keçiriləcək dünya çaplı yarışda iştirakını əngəlləmişdi.

Gənc atıcının valideyni, Azərbaycan Atıcılıq Federasiyasının, eləcə də Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira xanım qızı ilə bağlı sualı cavablandırıb:

“Bir valideyn kimi qızımın Olimpiya çempionu zirvəsinə çatmasını istərdim. Regina haqda daha ətraflı şəxsi məşqçisi danışa bilər.

Çünki məşqlərdə və yarışlarda necə mübarizə apardığını o görür. Söhbət tək mənim qızımdan getmir.

Nurlana Cəfərova da ürəkaçan nəticələrlə seçilir. Hüseynli Əlini də qeyd etməliyəm.

Son nəticələr onu göstərir ki, atıcılarımız arzuladığımız səviyyəyə çatmağa yaxınlaşıblar. Tək qızımın yox, bütün atletlərimizin ölkəmizi qızıl medallarla sevindirmələrini arzulayıram”.

Zemfira Meftahətdinova Sidney-2000 Olimpiadasında qalib olmaqla Olimpiya Oyunlarında qızıl medal qazanan ilk azərbaycanlı kimi tarixə düşüb, Afina-2004 Olimpiadasında bürünc medalı bayram edib.

Uğurları arasında 2 dəfə dünya, 5 dəfə Avropa çempionluğu var.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla