AZ

Multikulturalizm mövzusunda dünyanın bizdən öyrənəcəyi məsələlər var

Son illər Azərbaycan beynəlxalq təşkilatlara, beynəlxalq əhəmiyyətli konfranslara, yarışlara, tədbirlərə uğurla rəhbərlik və təşkilatçılıq etməkdədir. Xüsusən Qarabağ münaqişəsini həll etdikdən, ərazi bütölüyümüz bərpa olunduqdan  sonra ölkəmiz qlobal miqyasda olan problemlərin həlli ilə daha aktiv şəkildə məşğul olmaqdadır. 

Bu fikirləri XQ-yə Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib. 

O qeyd edib ki,  Azərbaycan Qoşulmama Hərəkatına sədrlik dönəmində, Türk Dövlətləri Təşkilatında və İslam Əməkdaşlıq Təşkilatında lider mövqedən çıxış edərək regional və qlobal problemlərin həllinə ciddi töhfə verir. 

Belə platformalardan biri də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur ki, ölkəmiz çox uğurla bu fəaliyyəti təşkil edir. VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda beynəlxalq təşkilatların və xarici ölkələrin nüfuzlu nümayəndələri, tanınmış ictimai-siyasi xadimlər, elm, təhsil, media, mədəniyyət və s. sahələr üzrə olan şəxslər iştirak edir, fikir söyləyir, qlobal problemlərin həllində öz töhfələrini verirlər. 

Dünya ictimaiyyəti Azərbaycanın etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirir. Beynəlxalq ictimaiyyət 2-3 ölkə deyil, Qoşulmama Hərəkatındakı 120 ölkədir, Mədəniyyətlərarası Dialoq Forumuna qatılan nüfuzlu şəxslərdir. 

Azərbaycan qlobal sahədə əldə etdiyi uğurlarla yanaşı, ölkə daxilində də etnik-mədəni və dini müxtəlifliyin təmin olunmasında mühüm qərarlar verir, dünyaya örnək göstərir. Multikulturalizmin Azərbaycan modelini formalaşdırırıq və dünyanın bu mövzuda bizdən öyrənəcəyi məsələlər var. 

M.Göyüşlü əlavə edib ki, biz bu fəaliyyətlərimizi həm də belə mötəbər tədbirlərlə dünya ictimaiyyəti ilə bölüşürük, onlarla müzakirə edirik, onlar vasitəsilə beynəlxalq aləmə təqdim edirik. Hazırda dünyamız etnik və dini mövzulardan yaranan mübahisələrə görə, mədəniyyətlər arasında dialoq qurulması mümkün olmadığı üçün çox narahat və gərgin dönəmini yaşayır. Müharibələr, münaqişələr dünyamızı çətin duruma gətirib çıxarıb. 

Ona görə də belə vəziyyətdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, bu cür tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir və qlobal problemlərin həllində ciddi bir platformadır.

Anar ƏLİ

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla