AZ

Aİ və NATO Rusiyanı Almaniya və Çexiyaya qarşı kiberhücumlarda ittiham edib

Avropa İttifaqı və NATO, iddiaya görə, Rusiyanın APT28 qrupu tərəfindən həyata keçirilən kiberhücumları pisləyən bəyanat dərc edib.

“İki sahil” bu barədə "Kommersant"a istinadla xəbər verir.

Sözügedən hücumların Çexiya hakimiyyətinə qarşı yönəldiyi və Almaniyada Sosial Demokrat Partiyasını hədəf aldığı iddia edilir.

“Müttəfiqlər eyni təhlükə mənbəyinin Litva, Polşa, Slovakiya və İsveç də daxil olmaqla, alyans daxilində digər dövlət qurumlarını, əhmiyyətli infrastruktur operatorlarını və digər təşkilatları hədəf aldığını narahatlıqla qeyd edirlər”, - bəyənatda bildirilib.

Qeyd edilib ki, belə kiberhücumlar Rusiyanın kiberməkanda məsuliyyətsiz davranışını nümayiş etdirir:

"Moskva APT2-dən dəfələrlə Aİ və onun tərəfdaşlarına, o cümlədən Ukraynaya qarşı hücumlar üçün istifadə edib".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla