AZ

Şahin Mustafayev və Aleksey Overçuk Moskvadagörüşüb

Bakı. Trend:

Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini ŞahinMustafayev ilə Rusiya Federasiyası Hökuməti Sədrinin müaviniAleksey Overçuk arasında görüş keçirilib.

Trend xəbər verir ki,danışıqlar əsnasında Rusiya Federasiyası ilə AzərbaycanRespublikası arasında iqtisadi əməkdaşlıq üzrə HökumətlərarasıKomissiyanın gündəliyinə daxil edilmiş ikitərəfli iqtisadi-ticariəməkdaşlığın aktual məsələlərinə baxılıb.

Tərəflər iqtisadi-ticari, sənaye, enerji, nəqliyyat, kəndtəsərrüfatı, maliyyə, səhiyyə, mədəniyyət, elm, regionlararasıəməkdaşlıq, təhsil və turizm sahələrində əməkdaşlığın inkişafıməsələlərinə xüsusi diqqət yetiriblər.

Hökumətlərarası Komissiyanın həmsədrləri əməkdaşlığın bütünsahələrində Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinəyönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarınıtəsdiq ediblər.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
19
Mənbələr
Şərh ()
Bağla