AZ

Tikintisi yarımçıq qalan obyektlər - HƏRRACA ÇIXARILDI - QİYMƏTLƏR

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 4-də təşkil olunacaq hərraca obyektlər çıxarılacaq.

Rayon bələdiyyələrinin torpaqları - HƏRRACA ÇIXARILDI - MƏBLƏĞLƏR

FED.az xəbər verir ki, hərraca Ağstafa və Göygöl rayonları ərazisində yerləşən tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış 2 ədəd obyekt çıxarılacaq. Obyektlər üzrə start qiyməti 12 500 və 49 500 manat müəyyən edilib.

İştirak etmək istəyənlər emlak.gov.az saytından və ya privatization.az saytından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.

4 iyun 2024-cü il tarixdə saat 10:00-da Ağstafa və Göygöl rayonlarında təkrar hərraca çıxarılacaq tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin siyahısı:

Obyektin adı

Ünvanı

Sifarişçi təşkilatın adı

Özəlləşdirilən
torpaq
sahəsi
(kv.m)

Əmlakın ilkin
(start) satış qiyməti
(100%)
(manat)

Torpaq sahəsinin
 ilkin (start) satış qiyməti
(manat)

Hərraca çıxarılan ümumi ilkin (srart) satış qiyməti
(manat)

10% beh (manat)

1

Mal fermasının yarımçıq tikilisi

Ağstafa rayonu, Köçəsgər kəndi

AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs 

4829.0

2500

10000

12500

1250

2

İstehsalat binasının yarımçıq tikilisi

Göygöl rayonu, Üçtəpə kəndi

AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs 

3854.0

31150

18000

49500

4950

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilmiş formada sifariş.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

Qeyd: Hərraclar Ağstafa və Göygöl şəhərlərində müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Ağstafa şəhəri üzrə:
ünvan: Ağstafa şəhəri, Heydər Əliyev prospekti, 57 əlaqə telefonu: (kod 02222) 5-26-10, 055-665-13-11
Göygöl şəhəri üzrə:
ünvan: Göygöl şəhəri, Azad Kazımov küçəsi, 1 (Göygöl İcra Hakimiyyətinin binası), əlaqə telefonu: (kod 02220) 5-36-05

Hərracların keçirilməsi haqqında əlavə məlumatları "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxsdən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsindən almaq olar.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
1
Mənbələr
Şərh ()
Bağla