AZ

İsraillə ticarəti dayandırması Türkiyə iqtisadiyyatına necə təsir edəcək?


Xəbər verdiyimiz kimi, Türkiyə İsraillə bütün ticarəti dayandırıb.
Yeniavaz.com
“Reuters”ə istinadən bildirir ki, sifariş alıb istehsala başlayan və ya İsraildən ödəniş alan ixracatçılar ticarətin dayandırılması qərarından sonra məhsullarını üçüncü ölkələr vasitəsilə İsrailə göndərməyin yollarını axtarırlar.
Bildirilir ki, istehsalçılar artıq ödənişi olan, istehsal xəttinə daxil olan, yolda olan və ya gömrükdə qalan məhsulları göndərmək üçün bir yol tapmağa çalışırlar.
Məişət əşyaları ixracatçısı olan şirkətlərdən birinin nümayəndəsi deyib ki, ixrac müqaviləsi bağlanılan və ödənişinin bir hissəsi alınmış malları var:
“İndi yeni yollar axtarırıq. Malları Livan vasitəsilə göndərməyin yollarını İsraildəki həmkarlarımızla danışırıq ki, bunu necə edə bilərik?”
Türkiyə İxracatçılar Məclisinin (TİM) sədri Mustafa Gültəpə deyib ki, İsrailə ixracın dayandırılması səbəbindən baş verə biləcək 5-6 milyard dollar itkini digər bazarlarla ödəmək asan deyil:
“İsraillə ticarət məsələsi 1-2 ay ərzində həll olunmazsa, ilin sonunda 267 milyard dollarlıq ixrac hədəfini 260 milyard dollara endirməli olacağıq. Biz ticarət naziri ilə artıq ödənilən və gömrükdə ilişib qalan (İsrailə ixracda) malların problemi ilə bağlı danışdıq, ödənişi alınan mallarla bağlı problemin 1-2 gün ərzində həllini gözləyirik. İxracının 70-80 faizini İsrailə edən şirkətlər var. İxrac qadağası uzun müddət davam edərsə, bu şirkətlər böyük zərərə düçar olacaqlar. Dövlət onları qorumalı, itkilərini ödəməlidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla