AZ

Keçmiş Baş nazirin qızı ŞUŞADA - FOTOLAR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bu gün sabiq Baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin qızı Günay Hüseyn həyat yoldaşı Kənan ilə birlikdə Şuşaya səfər edib və Türk dünyasının mədəniyyət paytaxtından fotolar paylaşıb.

Sözügedən səfərlə bağlı Günay Hüseyn AzNews.az-a bildirib ki, hazırda Şuşada yağış yağır və təbiət əsrarəngizdir.

"Şuşa hər bir azərbaycanlının görmək istədiyi şəhərdir. Şükürlər olsun ki, bu şəhər artıq azaddır və Azərbaycanın nəzarətindədir. Bundan sonra Şuşa bir daha yağı əlinə keçməyəcək. Qürur duyuruq ki, bu gün azad Şuşamızı ziyarət edə, gözəl aurasından zövq ala bilirik. Bura gerçəkdən bir başqadır, hər şey, hətta balaca çınqıllar belə möhtəşəmdir", - o bildirib.

G. Hüseyn daha sonra fikirlərini tarixçi kimi bölüşüb: "Qarabağın işğal altına düşməsində erməni diasporasının böyük rolu vardı. Qarabağın azad edilməsindən sonra bu diaspora dağılmağa məhkumdur. Çünki onları ayaqda saxlayan heç bir hədəf olmayacaq. Erməni diasporunun tədricən əriməsi isə Ermənistanı sıradan çıxaracaq. Mən bir tarixçi kimi buna əminəm. Odur ki, Qərbi Azərbaycana qayıdış planlarımız hər zaman gündəmdə olmalıdır".

AzNews,az

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla