AZ

Can Yamanın İtaliyada rol aldığı serial rekord qırdı - VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Uzun müddətdir İtaliyada fəaliyyət göstərən aktyor Can Yamanın yeni serialı rekord qırıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyorun Francesca Chillemillə baş rolunu oynadığı "Viola come il mare" serialı bir həftəyə 3 milyon dəfə izlənilib.

Layihənin rejissorları Alexis Sweet ilə Laszlo Barbodur. Aktyor tərəf müqabili Francescailə serialın yayımlandığı kanala müsahibə verib.

Aksiyon dolu ekran işində jurnalistlə qonşusunun başına gələnlərdən bəhs edilir.

"Viola come il mare"nin ilk mövsümü Türkiyədə "Blu TV"də yayımlanacaq.

Digər tərəfdən Can Yamanın "Sandokan" serialının da çəkilişləri Romada davam edir. 

Seçilən
6
Mənbələr
Şərh ()
Bağla