AZ

İndoneziya və Səudiyyə Ərəbistanı Aİ-dən Rusiyanın aktivlərini müsadirə etməməsini istəyib

İndoneziya və Səudiyyə Ərəbistanı da daxil olmaqla, bəzi ölkələr Qərbdəki aktivlərinin gələcəyindən narahat olduqları üçün Avropa Birliyi (Aİ) ölkələrini Rusiya aktivlərini ələ keçirmək planlarından çəkindirməyə çalışıblar.

Editor.az bu barədə “Financial Times”a istinadla xəbər verir. Qəzetin xəbərində “İndoneziya və Səudiyyə Ərəbistanı kimi ölkələr Qərbdə saxladıqları ehtiyatlarının gələcəyindən narahat olduqları üçün AB ölkələrinə Rusiyanın aktivlərini ələ keçirməmək üçün lobbiçilik edirlər” ifadəsi işlədilib. Adı açıqlanmayan bir Avropa rəsmisi qəzetə “Onlar (müvafiq ölkələr) çox narahatdırlar.Bu narahatlığın mənbəyi öz pullarının təhlükəsiz olub-olmaması ilə bağlı sual işarələridir”,- deyə bildirib.

Xəbərdə bildirilib ki, Braziliyada keçirilən G20 maliyyə nazirləri görüşü zamanı Qərbdə Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi və istifadəsi ehtimalı ilə bağlı “dərin narahatlıq hissi” hökm sürür. Qeyd olunub ki, bu ideyadan xüsusilə narahat olanlar arasında Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd əl-Kadan və onun indoneziyalı həmkarı Mulyani İndravati də var.

//Gülnarə Abasova, Editor.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla