AZ

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Norveçli

Laçın, 3 may, Səlim Rəhimzadə, AZƏRTAC

Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu. Biz burada bərpa-quruculuq prosesinin, eləcə də mina təhdidinə qarşı görülən tədbirlərin şahidi olduq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun üzvü olan Tomas Kristoffersen deyib.

Laçın şəhərinin onlarda xoş təəssürat yaratdığını vurğulayan səyyah bildirib: “Bu yerlərin tarixini də öyrənmək çox maraqlı oldu. Çünki bizim buralar haqqında olduqca az məlumatımız var idi. Bir neçə ildən sonra Laçında daha çox bina tikiləcək və insanlar üçün bütün lazımi şərait yaradılacaq”.

Seçilən
17
1
Mənbələr
Şərh ()
Bağla