AZ

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

Bakı, 3 may, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirir.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Şabran rayonunda “Yeni Qalaltı Hotel Company” MMC-yə məxsus qida blokunda HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) mövzusunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirilib.

Xidmət zamanı MMC-nin qida blokunun saxlama anbarlarının, mal qəbulu, mətbəx və emal sahələrinin HACCP prinsiplərinə uyğunluğu qiymətləndirilib, müvafiq məsləhətlər verilib. Həmçinin MMC-nin əməkdaşlarına HACCP-nin ictimai iaşə müəssisələrinində düzgün tətbiq edilməsinə, idarəolunmasına, həmin sistemlə bağlı qanunvericiliyin tələblərinə və müvafiq sənədlərin hazırlanmasına dair təlimlər keçirilib.

Xidmət zamanı mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
Mənbələr
Şərh ()
Bağla