AZ

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

Ağdam, 3 may, Leyla Muradzadə, AZƏRTAC

Bakıda keçirilən VI Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları işğaldan azad olunan Ağdam şəhərində səfərdədirlər.

AZƏRTAC xəbər verir ki, qonaqlar səfər çərçivəsinə rayonun bir sıra yerlərinə baş çəkib, erməni vandalizmi nəticəsində dağıdılmış Cümə məscidini, İmarət kompleksini, Çörək muzeyinin və Dram Teatrının qalıqlarını, tarixi binaları, mədəniyyət abidələrini ziyarət ediblər.

Gəzinti zamanı qonaqlara həyata keçiriləcək yenidənqurma işləri, o cümlədən yaradılacaq Zəfər muzeyi, açıq hava altında İşğal muzeyi və Memorial bağ barədə məlumat verilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla