AZ

“Müharibə vaxtı məmur arvadları alış-verişlə məşğul idi“ -Ermənistanın baş prokuroru

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Ermənistanın baş prokuroru Anna Vardapetyan İkinci Qarabağ müharibəsi ilə bağlı diqqət çəkən fikirlər səsləndirib. O, parlamentdə "Hayastan" fraksiyasının rəhbəri, hərbi cani Seyran Ohanyanın sualını cavablandırarkən niyə 44 günlük müharibə ilə bağlı cinayət işlərindən az danışmasının səbəbini açıqlayıb: "Ona görə bu cinayət işlərini işıqlandırmırıq ki, ordunun döyüş effektivliyi və hərbçilərin əhval-ruhiyyəsi aşağı düşməsin".

Baş prokuror  müharibə dövründə həm orduda, həm də cəbhədə baş verən korrupsiya cinayətlərinə dərindən diqqət yetirildiyini iddia edib: “Biz belə hesab edirik ki, hər bir korrupsiya detalı ordunu daha hazırlıqlı olmaq fürsətindən məhrum edir. Müharibə vaxtı yüksək vəzifəli məmurların arvadlarının bəzi şəhərlərdə alış-verişlə məşğul olmaları barədə məlumatları oxuyanda bu mənim üçün çox xoşagəlməz oldu. Mən bunu məğlubiyyətin əsas səbəblərindən biri hesab edirəm”.

Tural


Seçilən
17
Mənbələr
Şərh ()
Bağla