AZ

Ərdoğan CHP lideri ilə görüşündən danışdı – “Qərara gəldik ki...”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özəllə görüşündən danışıb.

Teleqraf.com xəbər verir ki, Ərdoğan bununla Türkiyədə siyasətin yumşalma dövrünə qədəm qoyduğunu deyib.

“Özgür bəyin CHP sədri olduqdan sonra belə bir görüşə gəlməsi iqtidarla ana müxalifət arasında müsbət gəlişmədir. Təəssüf ki, əvvəllər belə addımlar atılmırdı. Atılan bu addımla ölkəmizdə siyasətin xeyli yumşaq dövrə qədəm qoyduğunu görürük. Özgür bəyə söylədim ki, ilk fürsətdə belə bir ziyarətin qarşılığını verəcəm. Türkiyənin, türk siyasətinin buna ehtiyacı var. İstəyirəm ki, Türkiyədə siyasətin yumşalma prosesinə başlayaq. Bu addımı atacağıq”, - prezident vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla