AZ

Amerika desant gəmisi gələn ilin yayına qədər təmirdə olacaq

BAE Systems şirkəti ABŞ Hərbi Dəniz Qüvvələrindən “Carter Hall” desan-vertolyot dok-gəmisinin təmiri üçün 87 milyon dollarlıq müqavilə alıb.

Herbiand.az “Naval News”a istinadən bildirir ki, lakin təmir zamanı məbləğ 92 milyon dollara çatdırılacaq.

Müsabiqə əsasında bağlanmış müqaviləyə əsasən, işlərə bu ilin iyul ayından etibarən Norfolkdakı (Virciniya ştatı) BAE Systems şirkətinin gəmiqayırma zavodunda başlanacaq. Təmirin təxminən bir il çəkəcəyi gözlənilir. Gəminin gövdəsi, yanacaq və ballast çənləri, eləcə də maşın otağının tam təmiri nəzərdə tutulub.

“Carter Hall” – “Harpers-Ferry” sinfinin ikinci eniş helikopter dok-gəmisidir. 1995-ci ilin sentyabrında istifadəyə verilib. Gəmi 14 amfibiya zirehli texnikası və 4 Abrams tankı, həmçinin 500-ə qədər dəniz piyadası daşımaq gücünə malikdir.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla