AZ

LDU-da COP-29-la bağlı tədbir keçirilib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Lənkəran Dövlət Universitetində (LDU) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP-29-la bağlı dəyirmi masa təşkil olunub.
 
 
AzEdu.az xəbər verir ki, “Azərbaycanın COP-29-a sədrliyi qlobal Şimal və Cənub arasında körpüdür” mövzusunda keçirilən dəyirmi masada LDU-nun prorektorları, “Biologiya və ekologiya”, “Coğrafiya və onun tədrisi metodikası” kafedralarının müəllimləri və tələbələri iştirak edib.
 
 
Dəyirmi masada “Biologiya və ekologiya” kafedrasının dosenti Qorxmaz Ağayev “İqlim dəyişilmələrinin tarixi və səbəbləri” barədə məruzə, “Coğrafiya və onun tədrisi metodikası” kafedrasının müəllimi Samir Salayev “Azərbaycanın iqlim dəyişilmələrinin nəticələrinin aradan qaldırılması üçün həyata keçirdiyi fəaliyyət və COP29-a sədrliyə gətirib çıxaran fəaliyyəti” haqqında çıxış ediblər.
 
Məruzə və çıxışlarda COP29-un ölkəmizdə keçirilməsinə dair qərarın həm yerli, həm də xarici müşahidəçilər tərəfindən çox mühüm bir hadisə kimi qiymətləndirildiyi qeyd edilib. Bildirilib ki, bu tədbirin ölkəmizdə keçirilməsi qərarı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini göstərir. Belə ki, bunun çox böyük iqtisadi əhəmiyyəti var, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədi daşıyır.
 
 
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Seçilən
3
Mənbələr
Şərh ()
Bağla