AZ

“Böyrək xəstəliklərinin diferensial diaqnostikası” adlı kitab işıq üzü görüb

Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının direktoru Fariz Babayevin həmmüəllifliyi ilə “Böyrək xəstəliklərinin diferensial diaqnostikası” adlı kitab nəşr edilib.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, kitab iki hissədən ibarətdir. Birinci hissədə böyrək xəstəliklərinin klinik, instrumental va laborator müayinələrinin nəticələrinə asasən diferensial diaqnostikası verilib. Nəşrin ikinci hissəsində isə böyrək xəstəliklərinin nozoloji formasına görə diferensial diaqnostikası şərh edilib.

 

“Böyrək xəstəliklərinin diferensial diaqnostikası” kitabı terapevt, nefroloq və bütün praktik həkimlər, eləcə də Tibb Universitetinin yuxarı kurs tələbələri va digər tibb mütəxəssisləri üçün nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla