AZ

Macarıstan hökuməti Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsini dəstəkləyir

Macarıstan

Budapeşt, 3 may, AZƏRTAC

Macarıstan hökuməti Milli Futbol Federasiyasının 2026-cı və ya 2027-ci illərdə Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsi ilə bağlı müraciətini dəstəkləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə hökumətin “Magyar Közlöny” qəzetində dərc edilmiş qərarında deyilir.

İri beynəlxalq idman tədbirlərinin təşkilinə nəzarət edən Xarici İşlər Nazirliyi də ayrıca mətbuat açıqlamasında hökumətin federasiyanın müraciətini dəstəkləyən qərar qəbul etdiyini təsdiqləyib.

Qeyd edilir ki, 2019-cu ildə açıldığı andan Budapeştin “Puşkaş Arena” stadionu Avropa Liqasının finalına və UEFA Superkuboku uğrunda oyuna ev sahibliyi edib. 2026-cı və ya 2027-ci ildə Budapeştin Çempionlar Liqasının finalına ev sahibliyi etməsi ilə bağlı yekun qərarın may ayında qəbul ediləcəyi gözlənilir.

Cari ildə UEFA Çempionlar Liqasının finalı Böyük Britaniyadakı “Uembli” stadionunda keçiriləcək, gələn ilin finalı isə Almaniyanın “Alyants Arena” stadionunda olacaq.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
1
Mənbələr
Şərh ()
Bağla