AZ

"Yaxın gələcəkdə Azərbaycan və İran arasında münasibətlər müsbətə doğru dəyişə bilər" - Ekspert

"Yaxın gələcəkdə Azərbaycan və İran arasında münasibətlər müsbətə doğru dəyişə bilər" - Ekspert

Xəbər verdiyimiz kimi , Azərbaycan müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib. Bildirilib ki, görüşlərdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmmədli Sonxeber.az-a açıqlama verib.

O bildirib ki, İran Azərbaycan münasibətləri tarix boyu zaman-zaman gərginləşib və öz yoluna düşüb:

"Son zamanlar İran Azərbaycan arasındakı münasibətdə əvvəlki kimi problemlər hiss olunmurdu. İran və Azərbaycan arasındakı münasibətlər ola bilməz ki, bu səviyyədə qalsın. Yaxın gələcəkdə Azərbaycan və İran arasında münasibətlərdə yumuşalma halları müşahidə oluna bilər. Azərbaycan müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına səfər etməsi və region təhlükəsizliyi ilə bağlı danışıqlar aparması müsbət haldır. Bir müddət əvvəl İrandan Azərbaycana qarşı təhditlər var idi. Bu səfər onu göstərir ki, artıq təhtidlər aradan qalxıb. Azərbaycan Rusiya ilə münasibətlərini müsbət mənada dəyişdiyi kimi, İranlada münasibətlərini müsbət mənada dəyişməlidir. Bu ölkələri öz yanına çəkməlidir. İran Azərbaycan münasibətləri tarix boyu zaman-zaman gərginləşib və öz yoluna düşüb".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla