AZ

Bella Hadid öz ətir brendini yaratdı - FOTO

Uzun illərdir mübarizə apardığı Lyme xəstəliyinin təkrarlanması ilə bağlı modelliyə ara verən Bella Hadid öz ətir brendini yaradıb.

News24.az xəbər verir ki, lüks brendlərin kampaniyalarında görməyə adət etdiyimiz model bu dəfə öz brendi üçün kamera qarşısına keçib.

Ötən aylarda ətir brendini qurduğunu açıqlayan model ilk dəfə “Orebella” adlı ətir markasını paylaşıb.

27 yaşlı modelin kolleksiyasına üç ətir daxildir: “Windows2Soul”, “Blooming Fire” və “Salted Muse”.

"Ətir həmişə həyatımın mərkəzində olub" deyən Hadid ətir brendini tərkibində spirt olmayan və təbii yağlarla zənginləşdirilmiş kimyagərlik seriyası kimi xarakterizə edib.

Mehriban Mirzəzadə





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla