AZ

"ABŞ Ukraynadan Rusiyanın hücumunu dayandırmağı israrla tələb edir" - Şoyqu

ABŞ və müttəfiqləri Ukraynadan nəyin bahasına olursa-olsun, Rusiya Silahlı Qüvvələrinin hücumunu dayandırmağı israrla tələb edirlər.

“Report” xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, Ukrayna ordusunun bölmələri müəyyən istiqamətlərdə müqavimət göstərməyə çalışırlar: “Lakin Rusiya Silahlı Qüvvələrinin hücumu nəticəsində geri çəkilirlər”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
4
Mənbələr
Şərh ()
Bağla