AZ

Şoltsun Ukrayna ilə bağlı bu cavabı birmənalı qarşılanmadı – VİDEO

Almaniya Kansleri Olaf Şolts “Taurus” uzaqmənzilli raketlərinin Ukraynaya niyə verilməməsi ilə bağlı suala maraqlı bir tərzdə cavablandırıb.

“AzPolitika” xəbər verir ki, Kansler jurnalistin sualını zarafata salıb və gülərək cavab verib.

“Elə silahlar var ki, onları yalnız xüsusi nəzarət altında vermək olur. Burada dostlar arasında:“Mənə inanmırsan?” sualını müzakirə edə bilmərik. Əlbəttə, mən dostuma güvənirəm. Amma yenə də bütün silahları hamıya verməzdim (gülümsəyir-red.)”,-deyə o bildirib.

Qeyd edək ki, Şoltsun Ukrayna ilə bağlı məsələyə bu cür primitiv və qeyri-ciddi yanaşma tərzi birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

“AzPolitika.info”


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla