AZ

HƏMAS-dan Türkiyə ilə bağlı açıqlama

HƏMAS Türkiyənin Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı soyqırım işinə müdaxilə qərarının Fələstin xalqı üçün son dərəcə əhəmiyyətli olduğunu bəyan edib.

Turkustan.az xəbər verir ki, HƏMAS Türkiyənin Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı soyqırım işinə müdaxilə qərarının Fələstin xalqı üçün son dərəcə əhəmiyyətli olduğunu bəyan edib.

HƏMAS-ın verdiyi yazılı açıqlamada Türkiyənin İsraillə ticarətini kəsmək və Cənubi Afrikanın BƏƏ-də İsrailə qarşı açdığı soyqırım iddiasına müdaxilə etmək qərarlarına yer verilib.

Bəyanatda Türkiyənin qəbul etdiyi qərarların "dəhşətli soyqırıma məruz qalan Fələstin xalqı üçün" son dərəcə əhəmiyyətli olduğu bildirilib.

Ticarət Nazirliyi dövlət səviyyəsində görülən tədbirlərin ikinci mərhələsinə başlanıldığını və bütün məhsulları əhatə edən İsraillə bağlı ixrac və idxal əməliyyatlarının dayandırıldığını açıqlayıb.

Xarici işlər naziri Hakan Fidan Türkiyənin mayın 1-də Beynəlxalq Ədliyyə Məhkəməsində İsrailə qarşı qaldırılan soyqırım işinə müdaxilə etmək qərarını açıqlayıb.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 14 min 685-i uşaq, 9 min 670-i qadın olmaqla, 34 min 596 fələstinli həlak olub, 77 min 816 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla