AZ

Şəhərin mərkəzində piyada qayda pozub sürücüylə dalaşdı - VİDEO

Paytaxtın Kövkəb Səfərəliyeva küçəsində qayda pozan piyada sürücüylə mübahisə edib.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 2-si saat 18:19 radələrində qeydə alınıb. Belə ki, avtomobillərin intensiv hərəkətdə olduğu yoldan keçən piyadalar həm özlərinə, həm də sürücülərə təhlükə yaradıblar. Bu zaman sürücülərdən biri siqnal verərək xəbərdarlıq edib. Lakin qayda pozan piyada qəzəbli halda sürücüyə əl-qol hərəkətləri edərək onlara yol verməli olduğunu bildirib. Əsəbiləşən sürücü isə piyadalara keçiddən istifadə etmələrini deyib. Sürücüylə piyada arasında mübahisə bir müddət davam edib. 
Qeyd edək ki, görüntüdə başqa bir piyada da qayda pozaraq yolu keçib.

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla