AZ

“Srvena Zvezda” ardıcıl 7-ci dəfə Serbiya çempionu oldu

Serbiya nəhəngi, Belqrad təmsilçisi “Srvena Zvezda” 2023/2024 mövsümündə erkən surətdə Serbiya çempionu olub.

Arena.az məlumat verir ki, bu çempionluq sözügedən komandanın ardıcıl 7-ci, klub tarixində isə 35-ci çempionluğudur.

Bu nəticə mütləq Serbiya rekordudur. “Qırmızı Ulduz”un hesabında həmçinin 24 gümüş medal da var ki, bu da mütləq rekorddur.

Maraqlıdır ki, “Srvena Zvezda”nın çempionluğunu təmin etməsində əzəli rəqibi “Partizan” fərqlənib. Belə ki, “partizanlar” mayın 2-də Serbiya Super Liqasının 33-cü turu çərçivəsində keçirilmiş oyunda gözlənilmədən “Voyvodina”ya 2:3 hesabı ilə məğlub olublar. Öz növbəsində “Srvena Zvezda” TSC-yə 2:1 hesabı ilə qalib gələrək çempionluğunu rəsmiləşdirib.

Milli birinciliyin sonuna 4 tur qalmış sözügedən komanda əzəli rəqibi “Partizan”ı 14 xal qabaqları, “Qırmzı Ulduz” 33 oyundan 84 xalla 1-ci, “Partizan” isə 70 xalla 2-ci pillədə qərarlaşıb.

Vurğulayaq ki, “Srvena Zvezda” Serbiya Kubokunun finalında “Voyvodina” ilə qarşılaşacaq. Oyun mayın 21-də Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Xatırladaq ki, Çempionlar Liqasının cari mövsümündə “Srvena Zvezda” “G” qrupunda 4-cü yeri tutub. Serbiya nəhəngi İsveçrənin “Yanq Boyz”, Almaniyanın “Leypsiq” və İngiltərənin “Mançester Siti” kollektivləri ilə mübarizə iqtidarında olmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
50
Mənbələr
Şərh ()
Bağla