AZ

“Nərimanov”da çəkilən yeni yol və tunel bu kompleksi daha əlçatan edir - FOTO/VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı şəhərinin sürətli inkişafı təmin etmək məqsədilə yeni avtomobil yolunun tikintisinə başlayıb. Bu layihə Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun “Koroğlu” stansiyasına birbaşa marşrut xəttinin yaradılmasını nəzərdə tutur.

Qeyd edək ki, yeni tikilən yol “Kristal Abşeron” tərəfindən inşa olunan “City Garden Narimanov”un yanından keçir və tuneldən yaşayış kompleksinə gediş-gəliş xətti verilir. Yeni magistral yaşayış kompleksinin yaxınlığından keçməklə, onun sakinlərinin şəhər daxilində daha rahat və daha sürətli gediş-gəlişini təmin edəcək.

Əlavə olaraq layihənin həyata keçirilməsi ilə Təbriz küçəsi ilə Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişmələrində və metronun “Nərimanov” stansiyası ətrafında müşahidə olunan nəqliyyat sıxlığı azalmış olacaq.

Eyni zamanda, qeyd edilən yeni yol Heydər Əliyev prospektinə alternativ hərəkət marşrutunun yaradılması hesabına prospektin yan yolu üzrə müşahidə olunan sıxlığı aradan qaldıracaq.

Mənbə: oxu.az

Aqreqator

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla