AZ

I Liqada “qumar” şübhəsi yaradan növbəti hadisə - Deyəsən... BU VİDEOYA DİQQƏT!

I Liqada mövsümün sonu yaxınlaşdıqca "maraqlı" hadisələr baş verir.

Oyunlara çıxmağa futbolçu tapmayan "İrəvan" dünən səfərdə MOİK-i 3:1 hesabı ilə məğlub etdi.

Maraqlıdır ki, "İrəvan"ın ehtiyat skamyasında cəmi 1 futbolçusu - Sülüyman Süleymanov var idi. Belə vəziyyətdə Nazim Süleymanovun komandasının rəqibin qapısından 3 cavabsız top keçirməsi təəccüb doğurur.

Deyə bilərsiz ki, burada nə var axı, "İrəvan" gücünü toparlayıb və çıxıb bir oyunda qələbə qazanıb. Amma iş orasındadır ki, buna qədər bu komanda ardıcıl 5 oyunda uduzub.

Həm də aşağıdakı videoda MOİK-in qapıçısı Zeynal Əhmədzadənin 90+2-ci dəqiqədə etdiyi səhvə baxın.

Yeri gəlmişkən, bu mövsüm artıq "İrəvan"ın iki futbolçusu oyun alqı-satqısına görə futboldan uzaqlaşdırılıb, bəziləri isə müxtəlif cəzalar alıblar.

Söhbət AFFA İntizam Komitəsinin martın 18-də çıxardığı “hökm”dən gedir. Həmin gün verilən qərarla 4 nəfəri danışılmış oyunlarda iştiraka görə ömürlük futboldan uzaqlaşdırıb.

Onlardan ikisi “İrəvan”ın oyunçuları Ege Atlam və Fəhmin Muradbəylidir.

Bundan başqa, “Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi işləyən Rüfət Həsənov və Yusif Rüstəmov da danışılmış oyunlarda iştirak səbəbindən ömürlük futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.

Həmçinin 4 nəfər danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 illik futboldan uzaqlaşdırılıb.

Bunlar “İrəvan”dan Ramin Məhərrəmov, Kamal Mirzəyev, II Liqada çıxış edən “Baku Sportinq”in üzvü Vüqar Rəhimov və “Lerik”in oyunçusu Xətai Ramazanlıdır. Onların hər birinə 1 illik sınaq müddəti verilib.

II Liqada mübarizə aparan “Qusar”ın vitse-prezidenti Elvin Xudadatov isə mərc oyunlarında iştirak səbəbindən 1200 manat cərimələnib, 2 illik futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.

AFFA bu yaxınlarda "İrəvan" - "Araz Saatlı" oyunu (1:4) ilə bağlı araşdırmalara başladığını açıqlamışdı. MOİK-in Premyer Liqaya yüksəlmək şansı itdiyindən, ağıla min cür şey gəlir. Həm də əksər şübhəli oyunlarda çox qol vurulur.

Deyəsən, "üst"ə işləyirlər.

AFFA indidən MOK - "İrəvan" matçının videoyazısına baxıb, araşdırmaya başlasa, yaxşı olar. I Liqada mövsümün sonuna 3 tur qalır.

Bu 3 turda hələ nələr görəcəyik, bir Allah bilir!

SPORTİNFO.AZ

Binə qəsəbə stadionu. 30 tamaşaçı
Baş hakim: İslam Məmmədov
Baş hakimin köməkçiləri: Vüqar Bayramov, Gülnurə Əkbərzadə
Dördüncü hakim: Şamil İmanzadə
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: İsa Zeynallı, 80 (hakimin qərarına etiraz) // Vüsal Əsgərov, 30 (qeyri-idman hərəkəti); Orxan Fərəcov, 43 (qeyri-idman hərəkəti); Andrey Sinenka, 83 (oyunun bərpasının ləngidilməsi)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Samir Ələkbərov (İrəvan), 73 (hakimin qərarına etiraz)
Qollar: Elmir Rəhimzadə, 89 // Vüsal Əsgərov, 22; Fərid Kərimzadə, 74 (p.); İmran Azaxov, 90+2
Artırılan vaxt: I hissədə - 3 dəq.; II hissədə - 4 dəq.

ə

MOİK

1. Zeynal Əhmədzadə
17. Sabir Allahquliyev (k)
3. Nicat Əskərov
4. Ülvi İbazadə
77. Elmir Rəhimzadə
8. Ramil Orucov
5. Nazim Məmmədzadə
(10. Xəyal Bədirov, 46)
55. Nihad Qurbanlı
11. Elvin Valiiev
20. Nurlan Bayramov
(9. Cavidan Abbaszadə, 72)
66. Həsrət Mürsəlov
(6. İsa Zeynallı, 52)

Ehtiyat oyunçular:

35. Elxan Əhmədov
12. Ayxan Qocayev
19. İlqar Nuruşov
7. Elşən Veysov
27. Elşan Sabbaği
33. Raul Musayev
26. Zöhrab Əsədov
30. Murad Musayev
Baş məşqçi: Qəzənfər Abbasov

“İrəvan”

33. Andrey Sinenka
77. Bayram Əliyev
50. Fərid Kərimzadə
44. Seymur Əliyev
10. Ruslan Bayramov
9. Orxan Fərəcov
7. Samir Qurbanov
18. Vüsal Əsgərov
99. Balamirzə Soltanov (k)
8. Kamil Mahmudov
22. İmran Azaxov

Ehtiyat oyunçular:
1. Süleyman Süleymanov
Baş məşqçi: Nazim Süleymanov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla