AZ

MDB İnformasiya Şurasının növbəti iclası Moskvada keçiriləcək

MDB

Bakı, 3 may, AZƏRTAC

Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformasiya Şurası) XXXII iclası Moskvada, cari il sentyabrın 11-15-də keçirilməsi nəzərdə tutulan BRICS Media sammiti platformasında baş tutacaq.

AZƏRTAC xəbər verir ki, bu bərədə qərar cümə günü Azərbaycanın paytaxtı Bakıda keçirilən MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XXXI iclasında qəbul edilib.

MDB İnformasiya Şurasının sədri, Rusiyanın TASS informasiya agentliyinin baş direktoru Andrey Kondraşovun sözlərinə görə, platformanın təşəbbüskarı olan Sinxua ilə razılaşmaya görə, Rusiyanın BRICS-də sədrliyi çərçivəsində Media sammitini ilk dəfə Rusiya agentliyi keçirəcək.

O, bununla bağlı bildirib ki, sammitdə 30-dan artıq ölkədən aparıcı media orqanlarının 100-dən çox rəhbərinin iştirakı gözlənilir.

Andrey Kondraşov əlavə edib ki, Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası bayram əhvali-ruhiyyəsində keçiriləcək, çünki bu tədbir TASS-ın 120 illiyinə həsr olunub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
azertag.az

1Mənbələr