AZ

Azərbaycan-Türkiyə əməkdaşlığının dini sahədə inkişaf perspektivləri müzakirə edilib

Bakı, 3 may, AZƏRTAC

Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şimali Kipr Türk Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Ahmet Ünsal və Azərbaycanda səfərdə olan Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildirilib ki, görüşdə tarixi köklərimizdən gələn və hər iki dövlət başçısının dəstəyi ilə daha da möhkəmlənən Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri məmnunluqla vurğulanıb. Bütün istiqamətlərdə olduğu kimi dini sahədə də əlaqələrin yüksək səviyyədə mövcudluğu və davamlı inkişaf etdirilməsinin vacibliyi qeyd olunub. Müvafiq sahədə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri və hazırkı vəziyyəti müzakirə edilib. Həmçinin Şimali Kiprlə Azərbaycan arasında dini-mənəvi və mədəni əlaqələrin səviyyəsinin yüksəlməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla