AZ

Bol meyvə-tərəvəz yemək hansı xəstəliklərdən qoruyur?

Bol tərəvəz və meyvə yemək 2-ci tip şəkərli diabet, ürək xəstəliyi və insultdan  qoruyur və bəzi xərçəng növlərinə tutulma şansını azaldır.

Azpost.info xəbər verir ki, bu qənaət çoxlu sayda elmi məlumatlara əsaslanır.

Mütəxəssislərə görə, gündə iki və ya daha çox porsiya meyvə, beş və ya daha çox porsiya tərəvəz yemək tövsiyə olunur.
Bununla belə, bir sıra son araşdırmalar hətta ürək xəstəliyi riskini və erkən ölüm ehtimalını azaltmaq üçün gündə təxminən 10 porsiya meyvə və tərəvəz yemək lazım olduğunu göstərir.

Bəs niyə bir çox insan bu tövsiyələrə əməl etmir? Ümumi qənaət belədir ki, yağ, şəkər və taxıl baxımından yüksək qidalar meyvə və tərəvəzlərin yer aldığı sağlam rasionlardan daha əlçatandır. Bundan başqa, meyvə və tərəvəzlər işlənmiş qidalardan daha baha başa gəlir və daha tez xarab olur. Üstəlik onlar hazırlamaq üçün daha çox vaxt və daha çox bacarıq tələb edir.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla