AZ

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub.

Azmedia.Az  xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 14 yaşlı qızı Xəyaləni inandırıb ki, arvadından boşanaraq onunla evlənəcək. Hadisə günü o, yeniyetmə qızı məktəbdən götürərək tanışına məxsus "VAZ 2106" markalı avtomobillə Bərdəyə qaçırıb.

Bir qədər sonra qızın ailə üzvləri onun dərsdən gəlmədiyini görərək narahatlıq keçiriblər və müəllimi ilə əlaqə saxlayıblar. Məktəbdən isə Xəyalənin dərsdən çıxıb evə getdiyi bildirilib. Bundan sonra axtarışlar başlayıb və qızın atasının dostu tərəfindən qaçırıldığı məlum olub. 

Ailənin şikayəti əsasında Qadir Həsənov barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşı tamam olmamış şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş başlanılıb.

Cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyib. Məhkəmənin hökmü ilə Q.Həsənova 2 il 6 ay həbs cəzası verilib.

Seçilən
72
21
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
221
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
206
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
202
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
198
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
185
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
167
Azərbaycanda bu məhsul bahalaşdı
166
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
134
Helikopter qəzası ilə bağlı yeni xəbər
133
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
129
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
118
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
118
Həlak olan şəxslər sabah dəfn olunacaq
117
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
115
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
112
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
105
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
105
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
101
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
98
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
96