AZ

Bu xanımlar pilinq ETMƏSİN! - Həkim səbəbi açıqladı

Gündəlik olaraq istifadə edilən makiyaj vasitələri zamanla üz dərisində ölü hüceyrələrin yaranmasına səbəb olur. Qadınların əksəriyyəti də bu ölü hüceyrələrdən xilas olmaq üçün pilinq proseduruna üz tuturlar. Lakin bəzi xanımlara pilinq prosedurunu icra etmək olmaz.

 

Bəs hansı xanımlara pilinq proseduru məsləhət görülmür?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan dermatoloq Sevinc Məmmədova bildirib ki, pilinq dərimizin üst qatındakı buynuzlaşmış hüceyrələrin təmizlənməsi prosedurudur.

 

“Pilinqin əsas məqsədi dəri keyfiyyətini yaxşılaşdırmaq və müəyyən problemləri aradan qaldırmaqdır. Bu məqsədlə müxtəlif pilinq növlərindən istifadə olunur. Dərimizin epidermis – üst dəri təbəqəsinin hüceyrələri requlyar olaraq yenilənir. Cavan yaşlarda bu proses normal 28-30 gündən bir baş verir. Lakin yaş keçdikcə proses zəifləməyə başlayır. Bu səbəbdən pilinq prosedurlarının köməyi ilə dəri səthini ölmüş hüceyrələr təbəqəsindən təmizləyirik. Təsir göstərdiyi dərinlikdən asılı olaraq pilinqlərin səthi, orta və dərin növü var”.

 

Sevinc Məmmədova qeyd edib ki, üzündə sızanaq və qızartıları olan şəxslərə pilinq tövsiyə edilmir.

 

“Bu zaman pilinq sızanaqların artmasına və iltihabın daha da çoxalmasına səbəb olur”.

 

Ülkər Abdurahmanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla