AZ

“And” verilişini efirə qaytarmaq istəyirik - Rahib Qərib

“Hamı kimi yaşayırıq və işimizlə məşğuluq. Öz adımdan bu sahədə çalışan həmkarlarıma deyə bilərəm ki, indi daha ürəklə işləmək olar. O vaxt müharibədən çəkdiyimiz videoları paylaşa bilmirdik. Çünki hələ məsələlər həll olunmamışdı deyə çəkinirdik. İndi şükürlər olsun, bu boyda qələbəmiz, güclü ordumuz var. Allah şəhidlərimizə rəhmət eləsin. Tariximiz qəhrəmanlarla zənginləşib. Böyük bir qələbəyə imza atmışıq”.

Bunu Bakupost.az -a açıqlamasında tanınmış telejurnalist, ehtiyatda olan mayor Rahib Qərib deyib.

O, bir vaxt müəllifi olduğu “And” verilişinin yenidən efirə qayıtması üçün çalışdıqlarını bildirib:

“İndi də fəaliyyətdəyəm. Bu gün o müharibə videolarını ona görə paylaşıram ki, artıq arzularımız yerinə yetib, şəhidlərimizin qanı yerdə qalmayıb. Ərazi bütövlüyümüzlə bağlı qarşıda yenə də çox ciddi işlər olacaq. Mənim AzTV-də “And” verilişim olub. Bu, ölkədə ilk hərbi veriliş idi. Əvvəl bu verilişi Şəmistan Əlizamanlı aparırdı. Sonra mən aparmağa başladım. Biz bu sahədə telejurnalistikanın demək olar ki, bünövrəsini qoymuşuq. Burda mərhum Seyidağa Mövsümlünün, rejissor Nizami Abbasovun, Şəmistan Əlizamanlının imzası var. 18 ilə yaxın “And” verilişini apardıq. İndi planlarımız var və “And” verilişin yenidən bərpa etmək niyyətindəyik”.

Vasif Əlihüseyn
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla