AZ

Zöhrə Ağamirova iki növdə Avropa kubokunun finalına çıxıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa kubokuna çoxnövçülüyün ilk yarısı başa çatıb.

İdman.biz xəbər verir ki, Zöhrə Ağamirova halqa və topla hərəkətlərdə finala yüksəlib.

Onun topla çıxışı 33,000 xalla qiymətləndirilib. Zöhrə 4-cü yerin sahibi kimi finala çıxıb.

Gimnastımız halqa ilə hərəkətdə 32,900 xala layiq görülüb. O, 9-cu yeri tutsa da, hər ölkədən bir idmançının finala çıxması Ağamirovanın həlledici mərhələyə yolunu açıb.

İki hərəkətin cəmində 65,900 xalı olan olimpiya lisenziyaçımız 7-ci yerdə qərarlaşıb. O, mütləq çempionluq uğrunda yarışda finala çıxmağa namizəddir.

Kamilə Seyidzadə isə 60,300 xalla çoxnövçülükdə 19-cudur. Günün ikinci yarısında gimnastlarımız gürzlər və lentlə çıxış edəcəklər.

Qeyd edək ki, çoxnövçülükdə italiyalı Sofiya Raffaeli liderdir – 70,300 xal. Bolqarıstanlılar Boryana Kaleyn 69,200 xalla ikinci, Stiliana Nikololova 60,750 xalla üçüncüdür.

İdman.biz

Seçilən
61
2
Mənbələr
Şərh ()
Bağla