AZ

XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir

Azərbaycanda media Böyük Britaniyadakı kimi azad, demokratik, sabit və firavandır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auldun paylaşımına cavab olaraq "X"də yazıb.

O bildirib ki, Ferqus Auldun iddialarında ədalətlilik və qərəzsizlik çalışmır:

"Səfir, Azərbaycanda media azadlığının hərtərəfli nəzərdən keçirilməsini nəzərdən qaçıran dar perspektivə köklənən iddianızda ədalətlilik və qərəzsizlik yoxdur".

Xatırladaq ki, Ferqus Auld "X"də paylaşımında Azərbaycanda mediaya məhdudiyyət qoyulduğunu iddia edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
32
Mənbələr
Şərh ()
Bağla