AZ

İstanbulda ağır yol qəzasında 13 nəfər xəsarət alıb

Türkiyənin İstanbul şəhərində 2 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 13 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə İstanbulun Beylikdüzü adlı ərazisində baş verib.

Belə ki, hərəkətdə olan mikroavtobus idarəetmədən çıxaraq işıqlandırma dirəyinə çırpılıb. İşıqlandırma dirəyi yolda olan digər mikroavtobusun üzərinə aşıb.

Hadisə yerinə xilasedicilər, polis və təcili yardım qrupları cəlb edilib.

Yaralılar təcili yardımlarla ətrafdakı xəstəxanalara aparılıb.

Bir müddət sonra bölgədə nəqliyyatın hərəkəti bərpa edilib.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
27
Mənbələr
Şərh ()
Bağla