AZ

Dünya kuboku: İlk “qızıl”a Türkiyə komandası yiyələnib

Bakıda keçirilən atıcılıq üzrə Dünya kuboku yarışında ilk qızıl medalı Türkiyə komandası qazanıb. 

10 metr məsafəyə pnevmatik tapançadan atəş açma növündə komanda yarışlarında Türkiyəni təmsil edən Şimal Yılmaz və İsmayıl Kələş fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Final qarşılaşmasında Türkiyə atıcılarına məğlub olan qazaxıstanlı Valeriya Popelova və Eldar İmankulov gümüş mükafata yiyələniblər. Üçüncü yeri isə Ukraynanı üstələyən Çin atıcıları Li Xue ilə Xie Yu tutublar.

Qeyd edək ki, yarışda 80-dən çox ölkədən atıcılar mübarizə aparır. Turnir mayın 12-dək davam edəcək. 

L.SABİRQIZI XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla